DataLife Engine / Ispanaqlı yumurtanın - HAZIRLANMA QAYDASI

Ispanaqlı yumurtanın - HAZIRLANMA QAYDASI

Ispanaqlı yumurtanın - HAZIRLANMA QAYDASI


Vitaminlə zəngin ispanaq ən faydalı sulu yeməklərdən biridir. Amma ispanağı fərqli ləzzətlərlə qarışdırıb bişirdikdə də çox faydalı olur. Elit.az ispanaqlı yumurta reseptini təqdim edir.

Qeyd edək ki, uşaqların çox da çox sevmədiyi ispanaq artıq onların belə yemək üçün can atdığı bir xörəyə çevriləcək. Ispanaqlı yumurta həm tərkibindəki vitamin və zülal, həm də dadıyla süfrələrinizin bəzəyi olacaq.

Tərkibi:
2 ədəd yumurta
4 ədəd orta boy soğan
100 qr. qaynadılmış ispanaq
Yarım çay qaşığı qara bibər,
1 çay qaşığı duz
1 yemək qaşığı kərə yağı
2 yemək qaşığı su


Hazırlanması:
Orta boylu tavada yağ əridir. Soğan çox incə doğranır və yağa əlavə edilib bir az qızarana qədər qovrulur.
Daha sonra üzərinə ispanağı qoyub soğanlarla birlikdə qovurun. Duzu və qara bibəri əlavə edin. Ispanaqlar qovrulduqdan sonra kiçik boy başqa bir tavaya boşaldın və suyu əlavə edin. Sarılarını pozmamağa cəhd edərək 2 ədəd yumurtanı ispanaqların üzərinə qırın. Tavanın üzərini bir qapaqla bağlayıb təxminən 5-7 dəqiqə vam odda bişirin. İsti şəkildə süfrəyə verin.

Nuş olsun.
25-11-2017, 19:44
Вернуться назад