Görməni artırır, yaddaşı gücləndirir, xərçəng riskini... - Bu qidanın faydaları

Görməni artırır, yaddaşı gücləndirir, xərçəng riskini... - Bu qidanın faydaları
Görməni artırır, yaddaşı gücləndirir, xərçəng riskini... - Bu qidanın faydaları


Yumurtanın faydaları saymaqla bitmir. Araşdırmalara görə, hər gün müntəzəm yumurta yemək sağlamlıq üçün inanılmaz dərəcədə faydalıdır.

MAY.AZ teleqraf.com-a istinadən xəbər verir ki, hər gün iki yumurta yemək qadınlarda döş xərçəngi riskini 18 faiz azaldır.

Biotin, B vitamini və həzm edilə bilən qidalandırıcı proteinlər saç və dərinin möhkəmlənməsinə kömək edir. Toyuq yumurtasında olan fosfolipidlər qaraciyərdən toksinlərin çıxarılmasını dəstəkləyir.

Hollandiyalı tədqiqatçıların araşdırmalarına görə, aparılan sınaqlar zamanı 35-40 yaş arasındakı qadınların 87 faizində ləkələr və dəri yox olub. Kişilərin gözlərindəki qırışlar gözlə görünən şəkildə düzəlib

Səhər yeməyində yumurta yemək arıqlamağa iki qat kömək edir, selülitləri əridir. Toyuq yumurtası luteinlə zəngindir. Bu maddə görmə qabiliyyətini artırır.

Araşdırmalar yumurtada olan xolesterolun fosfatidlərlə balanslandığı üçün sağlamlığa zərərli olmadığını göstərib. Həm də bədənin xolesterol istehsal etməsinə mane olur. Bundan əlavə, yumurtanın tərkibində ürək-damar xəstəlikləri riskini azaldan omeqa-3 turşusu var.

Beyin hüceyrələrinin normal rabitəsini təmin edən fosfolipidlər kolindən ibarətdir. Bu maddə yaddaşı gücləndirir. Tərkibindəki D vitamini diş və sümükləri gücləndirir.

Yumurtanın tərkibindəki B9 vitamini hamiləlik dövründə çox faydalıdır. Yumurtadakı fol turşusu fiziki qüsurlu körpənin doğulma şansını azaldır.
Kulinariya
Sobasız, xəmir yoğurmadan 5 dəqiqəyə hazırlanan pizza - VİDEO

Sobasız, xəmir yoğurmadan 5...

Kulinariya
Səbzi-plov resepti - VİDEO

Səbzi-plov resepti - VİDEO...

Kulinariya
Arzuolunmaz tüklərdən azad olmağın sadə üsulu

Arzuolunmaz tüklərdən azad olmağın...

Kulinariya
Ev şəraitində DUZ SKRABI – Hamar, təmiz, cavan dəri

Ev şəraitində DUZ SKRABI – Hamar,...

Kulinariya
Ağ kələm salatı

Ağ kələm salatı...

Kulinariya
Göbələkli yay salatı

Göbələkli yay salatı...

Комментарии (0)