09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Rusiyalı mütəxəssis açıqladı: Ən faydalı payız məhsulları hansılardır?

Rusiyalı mütəxəssis açıqladı: Ən faydalı payız məhsulları hansılardır?

"Payız - qarpız, balqabaq və alma yemək üçün ən yaxşı zamandır".

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin Ümumi biologiya və bioekologiya kafedrasının dosenti Vitali Napolov danışıb.

Onun sözlərinə görə, bu mövsüm qidaları sağlamlıq üçün olduqca faydalıdır.

"Payızın əvvəli qovun və qarpız yemək üçün gözəl zamandır. Həmçinin tərkibində çoxlu C vitamini və müxtəlif mikroelementlər olan almaların da vaxtıdır. Meyvələrdə fruktoza var ki, bu da şirin desertlərdən qat-qat sağlamdır", - deyə bioloq vurğulayıb.

O əlavə edib ki, payızın əvvəlində badımcan, balqabaq, qabaq, kök, kələm və s. yetişir.

"Təzə məhsul aptekdən alınan vitamin komplekslərindən daha faydalıdır. Belə ki, hər bir tərəvəzdə müəyyən vitaminlər mövcuddur.

Məsələn, gül kələmdə çoxlu protein, qırmızı kələmdə antioksidant, ağ kələmdə isə C vitamini var. Balqabaq və qabaq tərkibindəki lif və mikroelementlər sayəsində mədə-bağırsaq xəstəliklərinə kömək edə bilər", - deyə o qeyd edib.

Napolovun sözlərinə görə, yetkin insan gündə 400-500 qram meyvə-tərəvəz yeməlidir. Eyni zamanda, bu meyvə-tərəvəzlər çiy halda orqanizmə daha böyük fayda gətirəcək.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница