DataLife Engine / Tövbə namazı

Tövbə namazı

Tövbə Niyyətiylə Qüsl Almaq
İlk öncə tövbə niyyətiylə qüsl alınar. Tövbə niyyətiylə və ədəblə bütün bədən yuyunar, sonra: "ALLAHIM! mən bədənimin ancaq xaricini yuya bildim. Sən də nurun ilə içimi yu, ürəyimi təmizlə !" deyə (insan ürəyində) dua edər. Yuyunarkən, mümkün olduğu qədər ədəbə və övrət yerini örtməyə diqqət yetirilər. Sonra paltarlar geyilib duşdan çıxılar.

Tövbə Niyyətiylə Dəstəmaz Almaq
Sonra isə, günahlardan təmizlənmə və tövbə niyyətiylə bir dəstəmaz alınar. (Qüsl aldığı zaman eyni zamanda qüslun içində dəstəmaz da alına bilər.) Dəstəmaz almaqda məqsəd bədənin çirklərini yumaq deyil. Əsl məqsəd ürəyin mənəvi çirklərini təmizləmək və qəflətini aradan qaldırmaqdır. Bu niyyətlə dəstəmaz almaq lazımdır. Hər üzvün etdiyi günaha tövbə etməli və onlarla bir daha günah işləməməyə səmimi olaraq niyyət edilməlidir. Hz. Rəsulullah (s.a.s) da müjdə etdiyi kimi, "Bir qulun dəstəmaz aldığı suyun son damlasıyla birlikdə, bədən üzvünün işlədiyi günah çirkləri də tökülər" .

2 Rükət Tövbə Namazı qılmaq
Bir Müsəlman, günah işlərsə, bundan peşmançılıq duyarsa buna tövbə etməsi vacibdir. İşlədiyi günahlarına peşman olan adamın ALLAHIN fəzl və kərəminə, tövbələri qəbul ediciliyinə sığınmağa ehtiyacı vardır. Günah etmiş şəxs Bunun üçün iki rükət namaz qılaraq işlədiyi günahdan ötəri bağışlanmasını diləməlidir.
Bu namaz, iki rükətlik bir namazdır (Eyniylə sübh namazı kimi). Hədisi şərifdə təriflənmiş və tövsiyə edilmişdir. Buna tövbə ya da istixarə namazı deyilir. "Niyyət etdim ALLAH rizası üçün tövbə niyyətiylə istixarə namazı qılmağa" deyə niyyət edilir. Bilənlər, birinci rükətində Fatihədən sonra Kafirun surəsini, ikinci rükətdə isə ixlas surəsini oxuyarlar. Bilməyənlər, bildikləri surələri oxuyaraq bu namazı qılarlar.

Tövbə və istiğfardan əvvəl qılınan iki rükət namaz adamı dünyadan və dünya zövqlərindən uzaqlaşdırıb ALLAHA yaxınlaşdırar. Etdiyi rüku və səcdələr ALLAHIN hüzurunda ehtiyac və zəifliyinə, onun gücü qarşısında acizliyinə işarə edər. Bu ruh halı içərisində Rəbbinə əl açıb dua edən, üzr istəyən adamın dua və tövbəsi qəbul edilməyə daha layiqdir.
18-03-2023, 14:07
Вернуться назад