Главная > İslam > Həzrəti Əli (ə) kəlamları
Həzrəti Əli (ə) kəlamları18-03-2023, 13:49. Разместил: Admin |
Bismillahir Rəhmanir Rəhim *** "Yaxşılıqların ən yaxşısı bizimlə (Əhli – beyt ilə) dostluq, günahların ən pisi isə bizimlə düşmənçilikdir.” *** "Çoxlarının namazı əziyyət və yorğunluqdan başqa bir şey deyildir.” *** "Yediklərin aradan gedər, yedirtdiklərin isə qalar.” *** "Kərim insanlar camaata yemək verməkdən ləzzət alır. Paxıl insanlar isə yeməkdən ləzzət alır.” *** "Əməlində səhlənkarlıq edən qəm – qüssəyə düçar olar.” *** "Əgər bir gün dünyaya aid dərdin olarsa Rəbbinə dönüb "Rəbbbim, çox böyük dərdim var” demə, dərdinə dönüb "çox böyük Rəbbim var” de.” *** "O kəsə təəccüb edirəm ki, özündən yuxarıdakının mərhəmətinə ümidvar olduğu halda, ondan asılı olanları ümidsiz qaytarır.” *** "Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xətasına isə ağlayır.” *** "Valideyn üçün dua etməmək ruzini azaldır.” *** "Ən axmaq insan özünü hamıdan ağıllı biləndir.” *** "Axmağın müqabilində susmaq, ona cavab verməkdən yaxşıdır.” *** "Xalqın sənin üçün dedikləri hər bir şeyi rədd etməyə çalışma. Axmaqlığı göstərməkçün elə bu kifayətdir.” Вернуться назад |