16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Siğə(Mütə) Quranda

Siğə(Mütə) Quranda
Çox gözəl cavab
Siğə Haqqinda İmam Baqir (e) bəhs.

Əbdullah ibn Muəmmər lisi İmam Baqirin (ə)hüzuruna gəlib didi : Mən eşitmişəm ki,siz siğənin (müvəqqəti nikahın)icazəli olduğunu buyurmusuz.İmam Baqir (ə)buyurdu:Uca Tanrı müqəddəs kitabında (Quran/Nisa surəsi/ayə/24)bu növ evlənməni halal edib.İslam peyğəmbəri onu öz zamanında həyata keçirib və Peyğəmbərin səhabələri onu Peyğəmbərin sünnəti bilərək ,ona əməl ediblər.Əbdullah ərz etdi :Ömər ibn Xəttab müsəlmanlara bu işi etməyi qadağan etmişdir.

Sən öz dost və sahibinin sözenə əməl et,mən isə Peyğəmbərin(s) verdiyi göstərişə əməl edəcəm.-deyə İmam Baqir(ə)buyurdu.Əbdullah söhbəti belə davam etdirdi:Hər hansı bir şəxsin sizin qohumlarınızdan olan qadınların biri ilə siğə etməsindən xoşunuz gələrmi? Ey axmaq ,burada xoşu gəlmək və ya xoşu gəlməmək siğənin icazəli olub-olmadığını sübuta yetirə bilməz.Quranda siğəni halal edərək ,onu öz bəndələrinə rəva qılan Allah səndən və müsəlmanları bu işdən çəkinməyə məcbur edən şəxsdən daha qeyrətlidir.-deyə İmam Baqir(ə) bildirdi- Səndən soruşuram ,sənin qohumlarından olan qadınların bəzisinin Mədinə toxucularından biri ilə evlənməsindən xoşun gələrmi?Əbdullah xoşum gəlməz deyə cavab verdi.Nə üçün Allahın halal buyurduğunu yalnız öz xoşun gəlmədiyi üçün haram edirsən ?-deyə İmam Baqir(ə)soruşdu.Əbdullah tutulmuş halda,onlar bizə tay deyillər,deyə cavab verdi.İmam Baqir (ə)buyurdu: Uca Tanrı toxucunun bu işini bəyənir.Onun imanına və yaxşı əməllərinə görə ,ona behişt hurisi bəxş edir.Amma sən özündənrazı və təkəbbürlü olduğun üçün, toxucuya nifrətlə baxır və onu, yaxınlarından biri ilə ailə qurması üçün bəyənmirsən.

İmam Baqir(ə)-ın güclü dəlilləri qarşısında aciz qaldığını görən Əbdullah məğlub olduğunu etiraf edərək dedi :“Sizin sinələriniz elm ağaclarının çiçəkləndiyi yerdir. O ağacların meyvələri sizin, yarpaqları isə cəmiyyətindir.

Kəşful – ğummə, c.2, səh : 362.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница