Главная > Hadisə > Bakıda yolu keçən kişini maşın öldürdü

Bakıda yolu keçən kişini maşın öldürdü


2-09-2019, 15:12. Разместил: Admin
Hadisə Sulutəpə qəsəbəsi ərazisində qeydə alınıb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə sentyabrın 1-də saat 23 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində qeydə alınıb.

Zərdab rayon sakini E.Xancanov idarə etdiyi “VAZ-2121” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elşən Alıyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Вернуться назад