"Qazaxlı Alik"in oğlu Fuad Muradov saxlanılıb. Paytaxtın Nərimanov Rayon Məhkəməsi onun barəsində həbs qərarı elan edib. Qərarla F.Muradov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. F.Muradov hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, "Qazaxlı Alik" ləqəbi ilə tanınan Arif Muradov I Qarabağ müharibəsinin veteranıdır. Ehtiyatda olan polkovnikdir.