DataLife Engine / Bakı avtovağzalından 51 minlik OĞURLUQ

Bakı avtovağzalından 51 minlik OĞURLUQ

Bakı Beynəlxalq Avtovağzal Kompleksində oğurluq olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30.000 ABŞ dolları (təxminən 51 min manat) və geyim əşyaları olan çanta oğurlanıb.
Bu barədə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Azər Vəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

7-11-2022, 14:15
Вернуться назад