DataLife Engine / 20 yaşlı tələbə bitkoinə görə intihar etdi

20 yaşlı tələbə bitkoinə görə intihar etdi

20 yaşlı tələbə bitkoinə görə intihar etdi


20 yaşlı tələbə bitkoinə görə intihar etdi
Cənubi Koreyada ikinci kurs tələbəsi intihar edib.

Elit.Az xəbər verir ki, evində ölü tapılan gəncin virtual valyutaya 200 milyon von (təxminən 314 min 640 manat) dəyərində investisiya qoyduğu ortaya çıxıb.

İndiyədək qazandığı bütün pulları bitkoin ticarətinə sərf edən 20 yaşlı tələbə Cənubi Koreya hökumətinin apardığı islahatlardan sonra investisiyanın dəyərini 50 faiz aşağı salıb.

Bundan sonra dərin depressiya keçirən gənc universitetə gəlməyib. Ailəsi ilə də görüşməyən gənc yuxu pozğunluğundan əziyyət çəkib və həkimə gedib.

Sonda o, çıxış yolunu intiharda görüb. Başına plastik torba keçirən tələbə evində yanında 13 litrlik helium qazının olduğu balonla ölü tapılıb.
7-02-2018, 11:28
Вернуться назад