Главная > Hadisə / Qarabag > İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı

İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı


14-10-2021, 01:49. Разместил: Admin


Baş Prokurorluq Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yayıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.
Növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.
18:43
Vətən müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.
Bu barədə APA-ya şəhidin qardaşı Vüqar Əliyev məlumat verib.
O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.
Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin!
Вернуться назад