16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yol polisinin qovduğu maşın qəza törətdi: ata və ana öldü, iki övladı yaralandı

Yol polisinin qovduğu maşın qəza törətdi: ata və ana öldü, iki övladı yaralandı
Yol polisinin qovduğu maşın qəza törətdi: ata və ana öldü, iki övladı yaralandı


Bərdədə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

May.Az modern.az-a istinadən bildirir ki, hadisə Bərdə-Tərtər yolunda, Zümürxan kəndinin ərazisində baş verib. Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişənlər Kəlbəcər rayonundan olan məcburi köçkün Alim İsayev və onun həyat yoldaşı Vəfa İsayevadır. Gənc ailənin iki azyaşlı övladı isə hazırda xəstəxanadadır. Hər iki uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb hərbi geyimli şəxsin idarə etdiyi "Mercedes" markalı avtomobil olub. Dövlət Yol Polisi əməkdaşlarının qovduğu həmin avtomobil idarəetməni itirərək, qarşı yola çıxıb, içərisində bir ailənin olduğu "VAZ 2106" markalı avtomobilə çırpılıb.

Hadisə yerinə gələn Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar. Hadisənin daha dəqiq səbəbi araşdırmalardan sonra bilinəcək.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница