16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Şirvanda toy yasa çevrildi

Şirvanda toy yasa çevrildi
Şirvanda toy yasa çevrildi




Şirvanda toyda qətl hadisəsi baş verib.

May.Az APA-ya istinadla xəbər verir ki, qətl hadisəsi axşam saat 22.00 radələrində Şirvanda yerləşən şadlıq saraylarından birində qeyd alınıb.

Qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı toy mərasimində iştirak edən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu da əlindən bıçaq xəsarəti alıb.

Şirvan şəhər xəstəxanasına yerləşdirilən sonuncu qətli törətməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırırlar.

Hazırda qətlə yetirilən şəxsin meyiti müayinə olunmaq üçün Şirvan şəhər morquna yerləşdirilib. Kütləvi davada iştirak edən bir-neçə nəfər saxlanılıb. Faktla bağlı Şirvan prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница