Piyadanı öldürən və hadisə yerindən qaçan avtobus sürücüsü tutuldu
Gündəm
В закладки
Fevralın 2-si saat 07:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yolu keçən 55-60 yaşlı kişi müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin paytaxt sakini Məsim Həsənov olması, hadisənin isə “Isuzu” markalı avtobusla törədildiyi müəyyən edilib.
Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin xətt avtobusunun sürücüsü - Bakı şəhər sakini Ramiz Kərimov saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Комментарии (0)
Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol
Bakıda mənzilə basqın edən şəxs ev yiyəsini bıçaqlayıb. May.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Məlumata görə, iyulun
Hadisə Sulutəpə qəsəbəsi ərazisində qeydə alınıb Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Bakıda mağazadan oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci və 6-cı







