16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İsmayıllıda yol qəzasında ana və qızı ağır xəsarət alıb

İsmayıllıda yol qəzasında ana və qızı ağır xəsarət alıb
İsmayıllı rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə İsmayıllı-Lahıc yolunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1971-ci il təvəllüdlü Məmmədova Məhəbbət Sadiq qızı və övladı, 1995-ci il təvəllüdlü İbrahimova Sədaqət Fərhad qızı xəsarət alıblar.
Yaralılar əvvəlcə rayon İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin onların vəziyyəti ağır olduğundan sonra Bakıda yerləşən xəstəxanaların birinə göndəriliblər. Müayinə zamanı M.Məmmədovaya qapalı kəllə-beyin travması, baş-beyin əziyi, sağ bud sümüyünün və qabırğaların sınığı, S.İbrahimovaya isə sol bud sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub. M.Məmmədovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница