
03
октября
2021
13:13
FHN 14 nəfəri xilas etdi

FHN-dən May.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 14 nəfər, o cümlədən Bakı şəhərinin Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən yataqxana binasının damında intihara cəhd edən 6 nəfər bina sakini və Şirvan şəhərində sürüşərək su kanalına düşən 1 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb.