Dəm qazı daha bir can aldı: Bayram tətilinə gedən tələbə öldü

Bakıdan Gəncəyə bayram tətilinə gedən tələbə dəm qazından boğularaq ölüb.
BiG.AZ -un qafqazinfo-ya istinadən verdiyi xəbərinə görə, hadisə Gəncənin Gülüstan qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, Bakıda təhsil alan tələbə, 1998-ci il təvəllüdlü Məmmədov Tural Uğur oğlu nənəsinin yaşadığı evdə hamamda çimərkən dəm qazından boğulub.
T.Məmmədov xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.
Faktla bağlı araçdırma aparılır.
Diğer makaleler:
Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir