^
U

27 İyul Üçün Olan Bürclər


May.az gündəlik bürclər 27 iyul 2016 cı il üçün olan bürcləri təqdim edir.


QOÇ - Bu gün fiziki işlərə bir qədər ara verməyiniz lazım gələcək. Çünki rastlaşacağınız uğurlar daha çox işdən kənara təsadüf edəcək. Həlledici məqamlarda məqsədəuyğun qərarlar çıxarın.

BUĞA - Ətrafınızda olanları aldatmayın. Əks təqdirdə bunun acısını özünüz çəkəcəksiniz. Sizə xeyirxahlıq edənlərə borclu qalmayın. Nahardan sonra sevindirici hadisələrin şahidi olacaqsınız.

ƏKİZLƏR - Təxminən saat 14-ə qədər ovqatınızda mənfi çalarlar müşahidə oluna bilər. Bunun üçün həll edə bilmədiyiniz məsələlərə girişməməlisiniz. Sonrakı müddətdə uğurlu sövdələşmələr mümkündür.

XƏRÇƏNG - Yaxşı olar ki, bütün enerjinizi fəaliyyət istiqamətinə yönəldəsiniz. Çünki hansısa danışıqların və ya müzakirələrin uğurlu nəticə verəcəyini ulduzlar təkzib edir.

ŞİR - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün geniş imkanlarınız olacaq. Müttəfiqlərinizin köməyindən istifadə edin. Göy qübbəsi sizi müdafiə etdiyindən heç bir qanqaraçılığı gözlənilmir.

QIZ - Bürcünüz üçün iyulun uğurlu təqvimlərindən biridir. Bir tərəfdən situasiyaların gözlənilmədən xeyrinizə dəyişməsi, digər tərəfdənsə perspektivli təkliflər almağınız ovqatınızı yüksəldəcək.

TƏRƏZİ - Yeni əlaqələr yaratmaq, müşkül işlərə aydınlıq gətirmək üçün münasib gündür. Utopik düşüncələrə qapılmaqdansa, reallığa uyğun addım atın. Daxili xofunuzu aradan qaldırın.

ƏQRƏB - Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimdən razı qalacağınızı bəyan edir. Haqqınızda ağız büzənlərin çoxu nəyə qadir olduğunuzu görəcək. Özünüzü fağır göstərməyin.

OXATAN - Az da olsa, bədxah adamlar tərəfindən sıxıntılara mübtəla ola bilərsiniz. Əgər saat 15-ə qədər özünüzü toplasanız, sonrakı ərəfədə ümumi ovqatınız qənaətbəxş olacaq.

OĞLAQ - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Sürprizlərə də hazır olun. Ulduzlar bəxtinizə xoş nüanslar bəxş edəcək. Axşam doğma ünvanlarda mehman olmağınız məsləhətdir.

SUTÖKƏN - Səhhətinizdə hər şey qaydasındadırsa, bu təqvimdən narazı qalmayacaqsınız. Bu gün aldığınız təkliflər perspektivli olduğundan imtina etməyə tələsməyin. Uğurlu əlaqələr də mümkündür.

BALIQLAR - Fərdi fəaliyyətinizdə böyük irəliləyişlərə keçid mərhələsini yaşamaqdasınız. Hər şey çıxardığınız qərarlardan birbaşa asılıdır. Belə məqamlarda kənar məsləhətlər o qədər də səmərəli deyil.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Bürclər Oxunub: 1 198 Tarix: 27-07-2016, 02:14
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az