^
U

İstirahət gününün ulduz falı - 06.05.2018


MAY.AZ istirahət gününün - 06.05.2018 tarixinin ulduz falını təqdim edir:

QOÇ – Bacardığınız qədər günü təmkinlə yola salın. Başqalarının şəxsi işlərinə müdaxilə etməyin. Daha çox adi işlərin həlli ilə məşğul olun. İstirahət günü özünüzü çox yormayın, sabah həftənin başlanğıcıdır.

BUĞA – Dincəli, bu gözəl gündə bütün gücünüzü beyninizi artıq yüklərdən təmizləməyə həsr edin. Paralel iş və münasibətlər sizi bərk yorduğu üçün bir qədər təcrid olunun. İşdə özünüzü çox da yormayın.

ƏKİZLƏR – Ümumiyyətlə düşərli gündür. Əvvəlki günlərin gərginliyindən əsər-əlamət qalmayacaq. Enerji toplamaq üçün istirahət günündən maksimum istifadə edin.

XƏRÇƏNG – Emosiyalarınıza hakim ola bilsəniz, günü mübahisəsiz başa vuracaqsız. Dəyərsiz şeylər barədə düşünüb enerjinizi azaltmayın. Etibarlı dostların və pulun köməyilə istədiyinizi əldə edə biləcəksiz.

ŞİR – Heç nə mümkünsüz deyil. Ümidsizliyinizi və tənbəlliyinizi bir kənara atıb mücadilə edin. Güvəndiyiniz insanlrın məsləhətlərindən yararlanmaqla hər şeyə nail ola bilərsiniz.

QIZ – Təzadlı gündür. Planlarınızı günün ikinci yarısına saxlayın. Uğur yalnız bu zaman üzünüzə güləcək. O vaxta qədərsə ənənəvi fəaliyyətlə məşğul olun.

TƏRƏZİ – Maraqlı gündür. İstər qarşılıqlı münasibətlərdə, istərsə də fəaliyyət müstəvisində sizi qane edən proseslərlə rastlaşacaqsınız. Səfərləri birgünlük təxirə salın.

ƏQRƏB – Əsrarəngiz bir gün yaşadacaq. Hər kəslə mülayim və ədalət çərçivəsində davranın ki, rəğbət qazanasınız. Səfərə çıxmaq uğurlu olsa da, axşam saatlarında diqqətli olun.

OXATAN – İstirahət günü olsa da, işlərin çoxluğu sizi dincəlməyə qoymayacaq. İşgüzar danışıqlar yaxın bir ilin perspektivlərinə birbaşa təsir göstərəcək. Hər bir danışıq detalına xüsusi diqqət yetirin.

OĞLAQ – Bu gündən pis heç nə gözləməyin. Keçmişi xatırlayıb üzülməkdənsə, gələcəyi özünüzə dərd etməkdənsə anı yaşayın. Dünən artıq yoxdur, sabahın bizim üçün açılacağı isə mücərrəddir. Günü doya-doya yaşamağı öyrənin.

SUTÖKƏN – Günün ilk yarısı gərginlik vəd edir. Gün ərzində rastlaşdığınız hadisələr təsirsiz ötüşməyəcək. Hər şeyi ürəyinizə yaxın buraxmayın, həyat əbədi deyil.

BALIQLAR – Ünsiyyətdə olduğunuz insanlarla mehriban olun. Hər kəsi ittiham etmək lazım deyil. Bu gün həqiqətə söykənmək, bağışlamaq çox gözəl olar. Sevgiklərinizə yönəltdiyiniz sevgidən özünüz də enerji alacaqsız.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Bürclər Oxunub: 962 Tarix: 6-05-2018, 06:30
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az