Суббота
авг 14

Tərəzi bürcünün özəllikləri

İdarəçi Planeti: Venera
Element: Hava
Xarakter: Qabaqcıl
Uğurlu Sayları: 6, 9
Gün: Çərşənbə
Uğurlu Daşı: Opal, Zümrüd
Rəng: Mavi, Lila
Fal növü kartı: Aşiqlər
Heyvan: İlan, kərtənkələ
Bitki: Badam, qaraçöhrə və göyrüş, gül
Qiymətli Daş: Tünd zafir, xrizolit
Qiymətli Mədən: Mis

Müsbət Xüsusiyyətləri: Gözəllik, gözəl sənətlərə istedadlı. Qanışirinlik. Uyğunluq. Zəriflik. Romantik. Diplomatik. İncəlik. Cazibədarlıq. İdealist. Tərəfsiz. Yaxşı niyyətli. Yaxşı tərəfdaş. Yaxşı siyasətçi. Kreativ və cazibəli. Ağıllı.

Mənfi Xüsusiyyətləri: Qərarsız. Küsəyən. Yüngüllük. Dəyişkən. Ziddiyət. Aldatmaq. Tənbəllik. Tez fikir dəyişdirmə. Təsir altında qalmaq.

Tərəzi Komanda Ulduzu (Astronomiya)
Tərəzi bürcündə Zuben al Ganubi və Zuben al Schemali adlı iki əsas ulduz var. Hydra yəni İlan da bu bürcün enliyində yer alır. Bu bürcün cənubunda birinci dekanatta, Crusis-Haç, şimalında üçüncü dekanatta, Corona Borealis-Taç olur. Bu ikisinin arasında Tərəziyə yaxın bir yerdə Lupus-Kurt yer alır.

Tərəzi Bürcü Qadınının Ümumi Xüsusiyyətləri
Tərəzi bürcü qadını cazibəli, gözəl, estetik, həyat dolu və uyğun quruluşu ilə diqqət çəkir Xoşdur və insanlarla fikir mübadiləsi etməkdən kef alır. Yaxşı xasiyyətlidir və gözəllikdən çox kef alır.

Gözəllik anlayışı çox irəlilədilmiş olan tərəzi bürcü qadınının özünə xas bir tərzi vardır. Dəbi təqib etməkdən daha çox özünə yaraşanı istifadə etməyi üstün tutur. Maddi dəyərlərə çox önəm verir, çünki ona görə bir çox gözəlliyə çatmaq üçün maddi güc bir vasitədir.

Rahatlıqdan və keyf etməkdən xoşlanan tərəzi qadını, çətinə gəlməyi sevmir. Hər şeyin hazır bir şəkildə ona təqdim olunmasından çox böyük həzz duyur. Ağır işlərlə məşğul olmaq əvəzinə işlərin estetik yönünə məşğul olmaq onu daha çox xoşbəxt edir.

Tərəzi bürcü qadını şən, həssas və emosionaldır. Hadisələri öz duyğularına görə şərh verir. Əhəmiyyətli olan özünün nə hiss etməsidir. Bu səbəblə doğru bildiyini tətbiq etməkdən çəkinmir. Azadlığına düşkün olan tərəzi qadını məhdudlaşdırmaqdan xoşlanmaz.

Tərəzi bürcü qadını kişilər tərəfindən asanlıqla fərq edilir, çünki qarşısıalınmaz bir cazibəsi vardır. Əgər tərəzi qadını qarşı tərəfin özünü sevdiyinə inanarsa, çox sadiq və şəhvətli bir tərəfdaş olacaqdır. Onun üçün ailədə məhəbbət lazımdır və sevib sevmədiyi bir münasibəti heç də davam ettirməz. Məsuliyyətsizlikdən xoşlanmayan tərəzi qadını daim qayğı gözləyər.

Tərəzi bürcü qadını izdivacda qüsursuz bir xanımdır və övladlarına düşkün olacaqdır. Xoşbəxtliyi bölüşməyi sevən tərəzi qadını ailə üzvlərinə bu sevgisini ən uyğun şəkildə yaymağı və onları bu sevgi çevrəsinin içində xoşbəxt edə biləcəkdir.

Tərəzi Bürcü Kişisinin Ümumi Xüsusiyyətləri
Tərəzi bürcü kişisi qərarsız, duyğusal, romantik, nikbin və yumşaq xasiyyətli quruluşu ilə diqqət çəkir. Cəmiyyət içində sevilən və axtarılan bir dostdur. Qarşılıqlı inama əhəmiyyət verir. Dürüstdür və hər kəsin elə olmasını istəyir.

Tərəzi bürcü kişisi maraqlı və öyrənməyə açıq bir şəxsiyyət nümayiş etdirir. Yaxşı bir natiqdir və ətrafındakı insanlara bu yolla asanlıqla təsir göstərir. Sakitlik və əmin-amanlıq onun üçün çox əhəmiyyətlidir və qəfil emosional çıxışlar onu yorur. Baxımlı olmağı sevir və təmizliyə çox əhəmiyyət verir. Ətrafındakı adamların da elə olmasını istəyir.

Dostları ilə qarşılıqlı fikir mübadiləsi etməkdən xoşlanır. Uzun və dərin söhbətlər etməkdən kef alır. Həssasdır və emosional tərəfi daim ağır basır.

Tərəzi bürcü kişisi ikitərəfli münasibətlərdə qarşı cinsdə xüsusilə gözəllik, ağıl, məntiq və gözəllik arayır. Sərt təbiətli qadınlar ona xitab etməz. Tərəzi bürcü kişisi aşiq olduğu zaman odlu və sadiq tərəfdaş olacaqdır. Sədaqət onun üçün çox əhəmiyyətlidir.

Tərəzi bürcü kişinin əlaqələri uzun ömürlü olur. Evləndiyi zaman hörmət edən, sadiq, incə ruhlu və düşüncəli bir həyat yoldaşı olacaq. Uşaqları sevir və yaxşı bir ata olmaq üçün bütün səyini sərf edəcəkdir.

Комментарии (0)

Оставить комментарий