Главная > Hava > Küləkli hava şəraiti bu tarixədək davam edəcək

Küləkli hava şəraiti bu tarixədək davam edəcək


14-03-2023, 15:25. Разместил: Admin
"Azərbaycan ərazisində hazırda müşahidə olunan küləkli hava şəraiti martın 15-i gecə saatlarında mülayimləşəcək".
BiG.AZ xəbər verir ki, bunu report-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O bildirib ki, martın 15-i gün ərzində paytaxt Bakı və bölgələrdə hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək: "Mülayim cənub küləyi əsəcək".
G.Məmmədova qeyd edib ki, ilkin məlumata görə yaxın iki gün ərzində hava şəraitində ciddi dəyişiklik gözlənilmir.


Вернуться назад