Главная > Hava > Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?


2-02-2023, 19:33. Разместил: Admin
Fevralın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.


Havanın temperaturu gecə 2-4° isti, gündüz 6°-dək isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-7° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


Вернуться назад