29 
iyul
2024
11:43
48
0
5
Virtual karabakh

Sabahın hava proqnozu açıqlanıb - 30.07.2024

29 iyul, 2024
11:43
5

Sabahın hava proqnozu açıqlanıb - 30.07.2024

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində iyulun 30-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 40-50%, gündüz 65-75% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.


Bizimlə əlaqə saxlayın