Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu


Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq, gündüz yağışda fasilə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 18-22 dərəcə isti, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 29-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntılarda qısa müddətə fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Şahin Həbibov
28-09-2016, 16:53
28 сентябрь 0 788
Rəylər:
Rəy bildir
© 2015-2021 Bütün hüquqlar qorunur: mywap.az Мобильная версия