Ermənistan itkilərinin yeni sayını açıqladı
Ermənistanın İstintaq Komitəsi Qarabağda 44 günlük müharibə zamanı bu ölkə tərəfdən ölənlərin yeni sayını açıqlayıb. “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, 2021-ci il dekabrın 24-nə olan məlumata görə, müharibə zamanı Ermənistan tərəfdən 3808 nəfər ölüb. Səhiyyə naziri Anait Avanesyanın sözlərinə görə, bəzi cəsədlərin şəxsiyyətini Ermənistanda təyin etmək mümkün olmayıb.