Bakıda avtomobil 31 yaşlı kişini vurub

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, yolu keçən 1991-ci il təvəllüdlü Manafov Telman Qabil oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
172

Nazirlikdən sürücülərə XƏBƏRDARLIQ

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 31-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Quba-Qusar, Quba-Xaçmaz, Həkəri-Zəngilan, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Qubadlı-Xanlıq, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd,
213

"Tarix boyu birlikdə olan Türkiyə və Azərbaycan gələcəyə də birgə addımlayır" - RƏY

"Tarix boyu birlikdə olan Türkiyə və Azərbaycan gələcəyə də birgə addımlayır". Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, Azərbaycanın dar günündə, xoş günündə həmişə qardaş olaraq yanında olan Türkiyədə bu gün tarixi gündür: "Respublika günü hər bir dövlətdə olduğu kimi Türkiyə üçün də əhəmiyyətli tarixdir. Bu
207

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Oktyabrın 30-da Pirqulu stansiyasından 47 km cənubda, Qobustan rayonunda zəlzələ qeydə alınıb. Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 08:08-də qeydə alınmış zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.
188

DYP rayonlara getmək istəyənlərə XƏBƏRDARLIQ ETDİ

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə müraciət edib. Qurumdan Oxu.Az-a daxil olan müraciətdə bildirilir ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir: "Xüsusilə gecə və səhər
204

"Tik-tok"da özünü polis əməkdaşı kimi təqdim edən şəxs müəyyən olunub, izahatı alınıb

"Tik-tok"da özünü polis əməkdaşı kimi təqdim edən şəxs müəyyən olunub, izahatı alınıb. Bu barədə "Report"a DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. O qeyd edib ki, bu günlərdə "Tik-tok" sosial şəbəkəsində özünü polis əməkdaşı kimi təqdim edən şəxsin bir xanımla xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydaları və bu istiqamətdə görülən
203

Bu gün Türkiyənin Cümhuriyyət Günüdür - FOTO

Oktyabrın 29-u Türkiyədə Cümhuriyyət Günüdür. 1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yekun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cümhuriyyətin elanı ilə həll edildi. Altı əsr ərzində çoxmillətli türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etdi.
169

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın
176

Bakıda məktəbə gedən qız YOXA ÇIXDI

Bakıda yeniyetmə qız itkin düşüb. Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb. 17 yaşlı Alıyeva Səma Cəmiyyət qızı səhər saat 6 radələrində dərsə getmək adı ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb. Bununla bağlı onun atası Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciətində bildirib. Faktla bağlı həmin bölmədə axtarışlar keçirilir.
169