Bir neçə aydır yol polisi əməkdaşlarının cərimələrdən əldə olunan faizləri ala bilməməsi ilə bağlı "azadlıq” qəzetində məlumat yayılıb. Sözügedən məlumatda hətta faiz sisteminin yaxın zamanlarda ləğv olunacağı da bildirilir. Bunun səbəbi isə hazırkı iqtisadi durumla əlaqələndirilir. "Qafqazinfo” yayılan məlumatla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, hansısa yol polisi əməkdaşının əməkhaqqına əlavə olunan faiz məbləğini almaması barədə quruma məlumat daxil olmayıb: "Ola bilər ki, kimsə məzuniyyətdə olduğu üçün ala bilməyib. Çünki məzuniyyət dövründə hesablanmır. Amma məbləğ qalan bütün əməkdaşların maaşına əlavə olunub. Kiminsə belə bir problemi varsa, məsələni ictimailəşdirməzdən əvvəl ondan yuxarı vəzifə tutan şəxslərə raportla məlumat verməlidir”. Cərimə faizi məsələsinin ləğv olunması məsələsinə gəlincə isə K. Əliyev bundan məlumatlı olmadığını nəzərə çatdırıb:

"Yol polislərinə verilən cərimə faizi ləğv olunur?" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!