FHN rəsmisi: "Sumqayıtda dağıntılar altında kiminsə olması ehtimal edilir"

FHN rəsmisi: "Sumqayıtda dağıntılar altında kiminsə olması ehtimal edilir"
0
Gündəm
Yayınlanma tarihi: 3-12-2024, 10:15

"Dağıntılar altında kiminsə olması ehtimal edilir".

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev deyib.

"Bildiyimiz kimi, 06:42 dəqiqələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərinə Nəzarət Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyov küçəsində, 19-cu binada baş vermiş partlayış hadisəsi ilə bağlı Sumqayıt Regional Mərkəzinin Operativ Məlumat xidməti təcili hadisə yerinə cəlb olunub.

Bu saata olan məlumata əsasən, dağıntılar altında tərəfimizdən üç nəfər xəsarət alanı çıxarılıb təhvil verilməsi təmin edilib. Hazırda axtarış xilasetmə işləri davam etdirilir".

Aygün Mirakif



Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!