Mayk Tayson və Ceyk Pol qarşılaşması "Netflix"i çökdürdü

Mayk Tayson və Ceyk Pol qarşılaşması "Netflix"i çökdürdü
0
Gündəm
Yayınlanma tarihi: 16-11-2024, 10:07

Boks tarixinin ən gözlənilən qarşılaşmalarından biri olan Mayk Tayson və Ceyk Pol arasındakı mübarizə, "Netflix"in dünya miqyasında çökməsinə səbəb olub.

Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, "Netflix"də canlı yayımlanan bu tarixi hadisədə, əsas döyüşdən öncə 4-5 fərqli boks qarşılaşması göstərilib. Lakin Tayson - Pol döyüşünə dəqiqələr qalmış "Netflix" istifadəçiləri böyük bir problemlə üzləşib.

"Downdetector" platformasının məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 5:20-dən etibarən "Netflix" istifadəçilərinin şikayətlərində əhəmiyyətli bir artım müşahidə edilib, saat 6:50 radələrində 100 mindən çox insan "Netflix"ə daxil ola bilmədiyini bildirib.

"Netflix" bu məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib. Lakin yaşanan giriş probleminin platformanın bu günə qədərki eyni anda ən yüksək izləyici rekordunu qırmasından qaynaqlandığı düşünülür.


Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!