Milli Məclisin oktyabrın 29-da keçirilən iclasında Azərbaycanda səhiyyə xəritəsinin yaradılması məsələsi təklif olunub. Səbəb olaraq isə vurğulanıb ki, ayrı-ayrı bölgələrə xas xəstəliklər tüğyan edir. Məsələn, bəzi bölgələrdə ürək-damar, bəzilərində şəkər, digərlərində isə onkoloji xəstəliklər üstünlük təşkil edir. Qeyd olunub ki, məsələnin həlli üçün regionlar üzrə səhiyyə xəritəsi hazırlandıqdan sonra səbəblər araşdırılmalıdır. Bəs reallıq nə yerdədir? Bu xəritəni hazırlamağa ehtiyac varmı, məsələnin həlli istiqamətində hansı addımlar atılmalıdır? Oxu.Az mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib. Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Azərbaycanda ayrı-ayrı bölgələr üzrə müxtəlif xəstəliklərin üstünlük təşkil etməsi bir sıra amillərlə bağlıdır: "Regionlarda olan mühit və əhali sıxlığını qeyd edə bilərik. Radiasiya amilləri də xəstəliklərə səbəb olur. Məsələn, vaxtilə Qəbələdə radiolokasiya stansiyası var idi, sonradan həmin stansiyanı bağladılar.

"Hər rayonun niyə "öz xəstəliyi" var? - Səbəblər və çıxış yolları" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!