Belçikada stadiona atılan partlayıcı maddə futbolçunun barmaqlarını itirməsinə səbəb olub

Belçikada stadiona atılan partlayıcı maddə futbolçunun barmaqlarını itirməsinə səbəb olub
0
Gündəm
Yayınlanma tarihi: 22-10-2024, 09:27

"KSTC Menen" klubunun oyunçusu Fabio Skiafino Belçikanın 4-cü Liqasının C Divizionunun "SK Zillebeke" ilə matçının sonunda komandasından bir tamaşaçının meydançaya partlayıcı maddə atması nəticəsində bir barmağını itirib və iki barmağı qismən amputasiya edilib.

Oxu.Az xəbər verir ki, "KSCT Menen"in 4:0 hesablı qələbəsində iki qola imza atan 26 yaşlı futbolçu partlayıcı maddənin ("Cobra-6") tüstü şaşkası olduğunu düşünərək stadiondan kənara atmaq üçün əlinə götürüb.

Belə ki, həmin maddə futbolçunun əlində partlayıb. Nəticədə futbolçu üç barmağını itirib.

Futbolçu Brügge şəhərindəki xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, stadiona atılan "Cobra-6" partlayıcı maddəsi əl qumbarası ilə eyni gücə sahibdir.


Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!