2021-ci ildə 69 yaşında COVID-19 xəstəliyindən dünyasını dəyişən Respublikanın Əməkdar artisti Baloğlan Əşrəfovun doğum günüdür. Oxu.Az xatırladır ki, Baloğlan Əşrəfov 1951-ci ildə Masallı rayonunun Bədəlan kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsini qurtarıb, ardınca isə 5 il Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. O, 1989-cu ildə yaratdığı "Şəhriyar" (AzKonsert-in nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında dəfələrlə solo konsertlər verib. Baloğlan Əşrəfov ifa etdiyi mahnıların musiqilərini, demək olar ki, özü bəstələyib. Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, İran, Almaniya və MDB-nin bütün böyük şəhərlərində solo konsert proqramları ilə çıxış edib. İraqda Babilistan festivalında Azərbaycanı tərənnüm edib. B.Əşrəfov 2007-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist"i fəxri adına layiq görülüb. Müğənni 26 aprel 2021-ci ildə 69 yaşında COVID-19 xəstəliyindən vəfat edib.

"Bu gün Əməkdar artist Baloğlan Əşrəfovun doğum günüdür" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!