İspaniyalı tennisçi Rafael Nadal və Hollivud ulduzu Uill Smit elektrikli qayıqda yarışıblar. Oxu.Az xəbər verir ki, E1 çempionatında Komo Qran-prisinin yarışı İtaliyadakı Komo gölündə baş tutub. Qarşılaşma ispaniyalı tennisçinin qələbəsi ilə başa çatıb. Rafael Nadalın E1-də "Rafa" adlı komandası mövcuddur. Keçən ilin yayında tennisçi yaxta istehsalı ilə məşğul olan şirkətlərdən biri ilə beşillik müqavilə bağlayıb. Qeyd edək ki, R.Nadal və U.Smitlə yanaşı, keçmiş futbolçu Didye Droqba, iş adamı Marselo Klar, "Formula-1" pilotu Serxio Peres və hindistanlı kriketçi Virat Kohli kimi məşhurlar da E1-də komandaya sahibdirlər.

"Rafael Nadal və Hollivud ulduzu Uill Smit yarışıblar" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!