Dünyanın ən güclü məşqçiləri siyahısında planetin 500 mütəxəssisi yer alıb. Oxu.Az xəbər verir ki, cədvəldə yeganə azərbaycanlı baş məşqçi Qurban Qurbanovdur. "Qarabağ"ın çalışdırıcısı 1675 xala malikdir. O, dünyada 133-cüdür. Avrokubokların cari mövsümünün arxada qalan hissəsi Qurban Qurbanova iki xal qazandırıb. Lakin bu qazanc mövqe dəyişikliyi üçün yetərli olmayıb. "Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1790 xalla dünyada 57-cidir. Altı xal itirən mütəxəssis üç pillə geriləyib. Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 185-cidir. Xalları dəyişməz qalan portuqaliyalı bir addım geriləyib. "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk 422-ci yerə yüksəlib. Bir addım irəliləyən ukraynalı hesabına bir xal əlavə edib - 1482. Qeyd edək ki, siyahıya "Mançester Siti"nin 2243 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.

"Qurban Qurbanovun adı dünyanın ən güclü məşqçiləri siyahısında" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!