Dünyanın bir neçə regionunda anomal hava şəraiti müşahidə olunur. MAY.AZ xəbər verir ki, bu haqda REN TV məlumat yayıb. İsraildə nadir hallarda qarlı yağıntı baş verir. Lakin ötən günlərdə ölkənin bir çox şəhər və kəndlərinə güclü qar düşüb. Yolların ağ örpəyə bürünməsi bir çox yerlərdə nəqliyyatın hərəkətini iflic edib. Anomal aşağı temperatur bircə zəvvarlara mane olmayıb. Onlar heç nəyə baxmayaraq, Qüdsün “Ağlama divarında” ibadətlərini davam etdirib. Soyuq qış Misiri də qəfil yaxalayıb: ölkənin şimalında anti-siklona görə güclü qum qasırğası tüğyan edir. Artıq ölənlərin olduğu deyilir. Yaxın çevrədə yaşayan sakinlərə evlərində qalmaları tapşırılıb, Aralıq dənizi və Qırmızı dənizdə gəmi reysləri məhdud görmə şəraiti ilə əlaqədar olaraq təxirə salınıb. ABŞ-ın günəşli Kaliforniya ştatına isə qatı duman düşüb. Məhdud görmə şəraitinə görə avtomagistralların birində 19 maşın toqquşub.

"Dünya ölkələrində təbii anomaliyalar qeydə alınıb - VİDEO" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!