Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudovun idarə etdiyi "Mercedes" markalı avtomobil Cəyli kəndi ərazisində aşıb. Bir neçə dəfə yuvarlanaraq əkin sahəsinə düşən maşının sürücüsü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişinlər - 1984-cü il təvəllüdlü Ceyhun Ağanəzər oğlu Xanalıyev, 1993-cü il təvəllüdlü Toğrul Hikmət oğlu Xanalıyev və 1982-ci il təvəllüdlü Süleyman Qarakişi oğlu Əhmədov hadisə yerində vəfat edib. Vəfat edən şəxslərdən Ceyhunla Süleyman bacanaq olublar. Sürücü Əflatun Umudov ağır vəziyyətdə Bakıya gətirilib. Faktla bağlı araşdırma aparılır.

"Kürdəmirdə dəhşətli qəza: Ölənlər var" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!