TQDK ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan etdikdən sonra 6 nəfərin 700 bal topladığı müəyyənləşdi. Onlardan 5-i oğlan, 1 qızdır. Yeganə xanım məzun və ən yüksək nəticə göstərən Səbinə İsmayılovadır. Qazaxın Canallı kəndində doğulan Səbinə elə yaşadığı kənd məktəbinin məzunu olub. Məktəbin direktoru Ulduzə Məmmədova Səbinənin ziyalı ailədə böyüdüyünü, təhsil ocağında təlim tərbiyəsi ilə seçildiyini bildirib. Direktor həmçinin 700 bal toplayan şagirdin 10-cu sinifdə oxuyan zaman Kimya olimpiyadasının qalibi olduğunu da açıqlayıb. Kənd məktəbini bitirib test tapşırıqlarının hər birinə düz cavab yazan S. İsmayılova ailənin böyük övladıdır. Qeyd edək ki, 2 qardaşın yeganə bacısı IV ixtisas qrupunda ən yüksək nəticəyə sahib olub.

"İmtahanda 700 Bal Toplayan Qız" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!