Pomidoru şəkər tozuna batırıb üzünüzə sürtsəniz... MAY.AZ axşam.az-a istinadən üzünüzdə olan problemləri aradan qalmaq üçün məsləhətlər verir: 1. Üzünüzdə qırış varsa, bunun üçün banan və baldan istifadə edin. Banan əzin, balla qarışdırın, üzünüzə çəkin. 15-20 dəqiqədən sonra yuyun, nəmləndirici krem vurun. 2. Çivzə və sızanaq problemi yaşayırsınızsa, pomidor suyu köməyinizə gələr. Məhlulu üzünüzə sürtün, yarım saat gözləyin, sonra bol su ilə yuyun. 3. Dəriniz yağlıdırsa, yenə pomidordan istifadə edə bilərsiniz. Tərəvəzi götürün, yarı bölün və şəkər tozuna batırıb üzünüzə çəkin. Yarım saat sonra yuya bilərsiniz. 4. Dərinizdə çat yaranıbsa, bu zaman diş məcununu həmin nahiyəyə sürtün. Bunu bir neçə gün davam edin. 5. Üzünüzdə çopur izlər varsa, alma sirkəsi istifadə edin. Sirkəni üzünüzə çəkin və 5 dəqiqə sonra yuyun. Amma dəriniz həssadırsa, həkimlə məsləhətləşməyiniz vacibdir.

"Pomidoru şəkər tozuna batırıb üzünüzə sürtsəniz..." Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!