İmtahan xərcləri dövlət büdcəsindən verilməyəcək, hər bir şəxs pulu özü ödəyəcək. May.Az-in məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsahibəsində deyib. - Dövlət İmtahan Mərkəzinə öz fəaliyyətindən - imtahanların keçirilməsindən gəlir əldə etmək imkanı verilib. Mərkəz bu imkanından nə zamandan istifadə edəcək? - Ödənişli əsaslarla imtahanların keçirilməsi bu ilə aid deyil. Hər bir kəs imtahan vermək üçün şəxsiyyət vəsiqəsi ilə iş nömrəsi götürür və buna görə dövlətə 2 manat rüsum ödəyir. Bu il aparacağımız bütün imtahanların dövlət rüsumu əvvəl olduğu kimi qalacaq. - Bu, yalnız ali təhsilin bakalavriat səviyyəsinə qəbul imtahanlarına şamil olunacaq? - Söhbət müxtəlif növ qəbul imtahanlarından, yəni bütün təhsil pillələrinə qəbul imtahanlarından gedir ki, onlar da pullu olmalıdırlar. Bundan başqa, müxtəlif növ sınaq imtahanları, dövlət qulluğuna qəbul imtahanları - bunlar hamısı yalnız dövlət rüsumu əsasında aparılır.

"Azərbaycanda qəbul imtahanları pullu olacaq" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!