“Mən tam əminəm ki, 2012-ci ildə də ölkəmizi yalnız və yalnız uğurlar gözləyir” Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. May.az “AzərTAc”a istinadən bildirir ki, dövlət başçısı təbrik çıxışında ötən 2011-ci ilə yekun vurub və gələcək planlardan damışıb: - Hörmətli xanımlar və cənablar! Əziz həmvətənlər! Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. 2011-ci il arxada qalır. 2011-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. 2011-ci ildə ölkə qarşısında duran əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycanın uğurlu iqtisadi inkişafı təmin edilmişdir. Çox sevindirici hal ondan ibarətdir ki, 2011-ci ildə ölkə iqtisadiyyatının qeyri-neft sektoru böyük templərlə artmışdır. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artmışdır və bu da əvvəlki illərdə aparılan islahatların bariz nümunəsidir. İqtisadiyyatın bütün sahələri inkişaf edir. Ölkəmizdə böyük quruculuq-abadlıq işləri aparılır.

"Prezident xalqını təbrik edib" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!