İyul ayının 22-də Daşkəsən rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir. Ermənilərin təxribatlarının özləri üçün pis nəticələnəcəyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən nəticə çıxarmayan işğalçı atəşkəsi pozmaqla psixoloji, mifoloji "xəstəliklərinin" sağalmadığını bildirir. Müsahibədə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən, bölgədəki canlanmadan bəhs edən Prezident İlham Əliyev son günlərdə imzalanmış üçtərəfli Bəyanatın şərtlərini pozan Ermənistanın Şuşanı, Naxçıvanı, Kəlbəcəri atəşə tutmasına da münasibət bildirib. Qeyd edilib ki, ermənilər 30 il ərzində özləri haqqında olmazın yalanlar uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. 44 gün ərzində bu ordu məv edildi. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır və onların bütün təbliğatı mifdir.

"Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutu deməkdir" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!