Daha bir idman qurumu fəaliyyətini dayandırır. Söhbət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan "Lokomotiv" İdman Sağlamlıq Mərkəzindən (İSM) gedir. Qaynarinfo.Az bu məsələni "Lokomotiv" İSM-in sədri Elşən İsmayılovla dəqiqləşdirib. Həm də Azərbaycan Voleybol Federasiyasının baş katibi olan İsmayılov bildirib ki, sabah hüquqşünaslar ilə bu barədə söhbət edəcək və yekun qərar veriləcək: "Sabah bizdə müşavirə keçiriləcək və taleyimizə aydınlıq gətiriləcək. Çox təəssüf ki, maddi vəziyyətimiz ürəkaçan deyil. Bundan əlavə, Nazirlər Kabinetinin "Dəmir Yolları"nın tabeliyindəki qurumların özəlləşdirilməsi ilə bağlı Sərəncamı var. O Sərəncama əsasən Nizami rayonundakı Tofiq Abbasov küçəsi, 35, Nərimanov rayonundakı Əliağa Vahid küçəsi, 22 və Binəqədi rayonundakı Mehdi Hüseynzadə küçəsi, 2 ünvanlarında yerləşən obyektlərimiz kiçik müəssisə şəklində özəlləşdiriləcək. Biz də məcburuq ki, idman qurğularını təhvil verək.

"Azərbaycanın "Lokomotiv" idman klubu ləğv edilir - SƏBƏB" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!