Bakıda Yol Patrul Xidməti (YPX) avtomobilinin müxtəlif hissələrini çəkiclə sındıran Şahin Bəylərovun ibtidai istintaqı yekunlaşıb. May.Az bildirir ki, bu barədə report-a zərərçəkmişin etibarnamə əsasında nümayəndəsi Nicat Ələkbərzadə məlumat verib. Onun sözlərinə görə, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Ş.Bəylərovun iş materialları ilə tanış olma mərhələsi başlayıb. Nümayəndə işin yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyini deyib. N.Ələkbərzadə, həmçinin bildirib ki, vurulumuş zərərin ödənilməsi ilə bağlı mülki iddia irəli sürülüb və istintaq dövründə zərər ödənilməyib. Qeyd edək ki, bu il fevral ayının 18-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Nərimanov rayonunun G.Qədirbəyova küçəsində əvvəllər məhkum edilmiş Ş.Bəylərov həmin ərazidə xidmət aparan "BMW" markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb.

"Bakıda polis maşınının çəkiclə əzən şəxsdən XƏBƏR VAR" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!