Apasport.az saytının məlumatına görə, Yuliya Kərimova və Marqarita Əzizova, eyni zamanda yığmanın sabiq oyunçusu Yekaterina Jidkova təcrid ediliblər. Legioner həyatı yaşayan Ukrayna əsilli voleybolçularımız Azərbaycana qayıdarkən karantinə alınıblar. Buna səbəb bütün dünyada yayılan koronavirus pandemiyası təhlükəsidir. Voleybolçular müəyyən edilmiş müddətdən sonra evlərinə buraxılacaqlar. Qeyd edək ki, Marqarita Əzizova “Radomka” (Polşa), Yekaterina Jidkova “Sarıyer Bələdiyəsi” (Türkiyə), Yuliya Kərimova isə “Makkabi”də (Hayfa, İsrail) çıxış edir.

"Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!