DataLife Engine / MadTeen, Rəssam və Barss ilk böyük konsertini verəcəklər

MadTeen, Rəssam və Barss ilk böyük konsertini verəcəklər

Qısa müddətdə hər kəsin sevgisini qazanan MadTeen, Rəssam və Barss may ayının 21-də sevilən mahnıları ilə dinləyicilərini sevindirəcəklər.
Sonxeber.az xəbər verir ki, "Mən İstədim" adlı konsert proqramı "Elektra Events Hall"da baş tutacaq.
Konsertin xüsusi qonaq ifaçıları Miro, Farid Hasanov, Joseph Abbas, Ayaz Babayev, Javid, Çinarə Məlikzadə, Efendi olacaqdır.
Qeyd edək ki, biletlər artıq satışdadır. Qiymətlər 25-150 manat aralığında dəyişir.
Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından onlayn əldə etmək mümkündür.
AYSEL QULİYEVA

8-05-2023, 18:28
Вернуться назад