Среда
ноя 20

İranlı Halk qaydasız döyüşdə debüt edəcək -"İran ABŞ-a qarşı"

İranlı Halk qaydasız döyüşdə debüt edəcək -"İran ABŞ-a qarşı"


"ABŞ İrana qarşı: Üçüncü dünya müharibəsi".

May.az-ın məlumatına görə, "Bare Knuckle FC"nin prezidenti Devid Feldman bu devizlə 2020-ci ildə əlcəksiz boks yarışı keçirmək niyyətindədir. Döyüşün əsas siması iranlı bodibilder-ağır çəkili atlet Secad Qəribidir. O, İranlı Halk kimi məşhurlaşıb.

27 yaşlı Qaribi bu günə qədər boks və MMA döyüşlərində iştirak etməyib. Eyni zamanda ağır atletika, pauerliftinq və bodibildinqdə də elə də böyük uğuru yoxdur. Amma onun xarici görünüşü dəhşətlidir. Qaribinin boyu 186 sm, çəkisi isə 170 kq-dır. Onun bədəni iri əzələlərdən ibarətdir.

Onun rəqibinin kim olacağı barədə məlumat yoxdur. Amma məlum olan odur ki, Qaribi ABŞ nümayəndəsi ilə gücünü sınayacaq. İranlıya qarşı 45 yaşlı UFC çempionu Tim Silviya döyüşmək istədiyini bildirib.

Комментарии (0)

Оставить комментарий