Emin Əmrullayev elm və təhsildəki problemlərin səbəblərini açıqladı
09.09.2024 8 0 Admin

Emin Əmrullayev elm və təhsildəki problemlərin səbəblərini açıqladı

---
В закладки

"Azərbaycanda elmlə bağlı ən böyük problemlərdən biri transformasiya ilə bağlıdır. Biz elmlə bağlı rəqəmlərə baxanda da bunun Azərbaycan üçün ürəkaçan olmadığını görürük".

Oxu.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumundakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunun obyektiv səbəbləri var:

"Azərbaycan 30 il ərzində kifayət qədər təlatümlü dövrdən keçib. Hökumət olaraq daha çox həmin problemlərin həlli üçün çalışıb. Ona görə də 3-5 ilə bu problemi həll etmək mümkün deyil. Üstəlik, müasir elmi tədqiqatlar çox böyük maliyyə vəsaiti tələb edir. Amma biz buna rəğmən daha uyğun sahələrdə nailiyyət əldə edə bilərik ki, alimlərimiz burada fəal olmalıdırlar".

"Düşünürəm ki, digər vacib məqam xaricdə təhsil proqramlarıdır. Bu proqramlar Azərbaycanın gələcəyini müəyyən edə bilər. Son 3 il ərzində hər il 400-ə qədər şəxsi xaricdə təhsilə göndərmişik. Bu proqramlar mühüm əhəmiyyət daşıyır və təhsilini başa vuran şəxslər öz sahələrində peşəkar mütəxəssislərə çevriliblər", - nazir əlavə edib.

Mərahim Nəsib

Комментарии (0)
Добавить комментарий
Прокомментировать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Emin Əmrullayev: "Azərbaycan dövləti mənim xaricdə təhsilimə 130 min dollar sərmayə qoyub"
"Azərbaycan dövləti mənim xaricdə təhsilimə 130 min dollar sərmayə qoyub". Oxu.Az-ın məlumatına görə, bunu Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə
Təhsil naziri Emin Əmrullayev "Tvitter" hesabında paylaşım edib
Təhsil naziri Emin Əmrullayev Beynəlxalq təhsil günü ilə bağlı "Tvitter" hesabında paylaşım edib. "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa yönəlmiş
Azərbaycanda uşaqlar məktəbə 5 yaşında gedəcək? - Təhsil nazirindən MARAQLI TƏKLİF - VİDEO
Təhsil sahəsində yeni təklif ortaya atılıb. Üstəlik, bu təklif ölkənin təhsil nazirindən gəlib. Emin Əmrullayev deyib ki, məktəbə başlama yaşı 5-ə salınmalıdır. Təhsil
Gələn tədris ili nə vaxt başlayacaq? - ƏMR VERİLDİ
2022-2023-cü tədris ilinin başlayıb bitmə vaxtı açıqlanıb. MAY.AZ xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, növbəti
Təhsil naziri: "Şagirdlərin təxminən 25 faizi məktəbdə yoluxub"
"Yoluxmuş 636 şagirdin adı sistemdə var. Bu şagirdlərin heç də hamısı məktəbə gəlməyib. Onlar ailədə və digər şəraitdə yoluxublar". "Report" xəbər

Войти через: