Среда
фев 07

Fransa kubokunda MARAQLI HADİSƏ - Qapıda futbolçu dayandı

Fransa kubokunda MARAQLI HADİSƏ - Qapıda futbolçu dayandı


Fransa Kubokunun 1/8 final mərhələsində "Soşo" - PSJ matçının son dəqiqələrində maraqlı anlar yaşanıb.

Elit.az xəbər verir ki, böyükhesablı qələbə qazanan Paris təmsilçisi son dəqiqələrdə qapıçısından məhrum olub. Matçın 90-cı dəqiqəsində Kevin Trapp qırmızı vərəqə alıb. Parislilər hər üç dəyişiklikdən istifadə etdikləri üçün qapıya Dani Alveş keçib.

Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. PSJ-nin heyətində Di Mariya het-trik edib. Neymarın adı isə ötən gün özünə təntənəli ad günü etdiyinə görə komandanın iştirak ərizəsinə daxil edilməyib.

Комментарии (0)

Оставить комментарий