Qızıl füçersinin qiyməti tarixi maksimumunu yenilədi
30.10.2024 4 0 Admin

Qızıl füçersinin qiyməti tarixi maksimumunu yenilədi

---
В закладки

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) qızıl füçersinin 2024-cü ilin dekabrında çatdırılma üzrə qiyməti tarixi maksimumunu yeniləyib.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ticarət platformasından məlumat verilib.

Məlumata görə, qızıl füçersinin bir Troya unsiyası üçün 2 800 dollardan yuxarı sövdələşmə əldə edilib.

Bakı vaxtı ilə saat 10:39-a olan məlumata görə, qiymətli metalın dəyəri bir Troya unsiyası üçün 2 800,4 dollar (0,69%-dən çox) təşkil edib. Bakı vaxtı ilə saat 10:42-də isə qızılın qiyməti bir unsiya üçün 2 800,1 dollara (+0,68%) enib.


Комментарии (0)
Добавить комментарий
Прокомментировать
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Войти через: