07:11 ChatGPT müəllimlər üçün pulsuz oldu - Yenilik 19:30 Müəllimlərlə bağlı təklif olunan modelin həm üstünlükləri, həm də çətinlikləri var 19:29 Rusiyada mobil internetdə müvəqqəti məhdudiyyət ola bilər - XƏBƏRDARLIQ 19:21 Bu əsər 236 milyon 400 min dollara satıldı 19:19 Türkiyəli təmsilçidən Fatimə Boşun gözəl seçilməsinə ETİRAZ 19:17 Əməkdar artist: "Bu, barda oxunacaq mahnı deyil" 19:16 Tanınmış türk aktrisa haqda ŞOK İDDİALAR! 19:15 Estetik əməliyyat olunan kişi MƏŞHURLAR 19:14 Erməniyə 12 xal verən Samirənin müdafiəsinə qalxdı 19:14 Ariana Qrandeyə hücum edən şəxs Sinqapurdan deportasiya edildi

Pensiyaların artımı əməkhaqqına necə təsir edəcək? - EKSPERT AÇIQLADI

Pensiyaların artımı əməkhaqqına necə təsir edəcək? - EKSPERT AÇIQLADI
Xəbər verdiyimiz kimi, Gələn il Azərbaycanda orta aylıq pensiya artırılır. Hesablama Palatasının "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb. Pensiyaların artımı əməkhaqqına necə təsir edəcək?


Bununla bağlı BiG.AZ-a danışan iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, ümumiyyətlə götürdükdə dövlət sosial sığorta haqqının məbləği arasında birbaşa əlaqə yoxdur:


"Mövcud qanunvericilikdə bu mövzu öz əksini tapmayıb. Pensiyaların artımı hələlik indeksləşdirilmə aspektindən proqnozlaşdırılır. Son açıqlanan məlumatlara görə, büdcə planlamasında 2024-cü ildə minimum pensiyanın artırılması məsələsi öz əksini tapmayıb. Ən azından məbləğlərdə bu görsənmir. Eyni zamanda Hesablamalar Palatasının rəylərində də qeyd olunur ki, bu məqam nəzərdə tutulmur. Amma hüquqi baxımından qeyd etmək istəyirəm ki, pensiyaların artırılması, hətta minimum pensiyanın artırılması ilə bağlı qərarın qəbul edilməsi və indeksisyanın hansı faizlə olmasından asılı olmayaraq əməkhaqqından tutulan məcburi dövlət sosial-sığorta haqqı standartdır. Faizlə müəyyən edilir. Əməkhaqqının artması məcburi dövlət sosial sığorta haqqının nominal ifadədə artmasına gətirib çıxara bilir. Azalması isə əksinədir. Amma xüsusi çəkiliş baxımından burada standart yanaşma vardır. Buna görə də bu iki indiqator arasında birbaşa əlaqə yoxdur".


Qeyd edək ki, cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16,9% artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əmək haqqının artım tempinin 10,7% hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 435 manat hədd ətrafında olacağını göstərir. 2023-cü ildə ölkə üzrə orta aylıq pensiya 372,1 manatdır.


Sevda Səfərova


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница